SON XƏBƏRLƏR

İranda instaqrama giriş dayandırıldı

2022.09.21, 16:50
İranda instaqrama giriş dayandırıldı

Gunaz.tv

İranda etirazların davam etdiyi bir vaxtda, bir sıra şəhərlərdə internetə çıxış ciddi şəkildə kəsilib. 

NetBlocks Instaqram-ın məhdudlaşdırdığını elan etməzdən əvvəl istifadəçilərin bu sosial şəbəkəyə daxil ola bilməməsi ilə bağlı məlumatlar var idi.

İranda etirazların artması ilə hökumətin internetə məhdudiyyətlər qoyacağı proqnozlaşdırılırdı.

Bu səbəbdən İlon Maskın Starlink peyk internetinin İrana çatdırılması tələbindən sonra o, Starlink təmin etmək məqsədi ilə İranla bağlı sanksiyalardan azad edilməsini istəyib.

Bu tələbə cavab olaraq Amerika Maliyyə Nazirliyi bəzi peyk internet avadanlıqlarının İrana ixracının mümkün olduğunu açıqlayıb.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar