SON XƏBƏRLƏR

İranın bir çox bölgələrində internet kəsilib

2022.10.12, 08:12
İranın bir çox bölgələrində internet kəsilib

Gunaz.tv

Bundan öncə aksiyalar işıqlandırılmasın deyə internet kəsintisi saat 16-dan başlayaraq gecə yarısına qədər davam edib.

Bu dəfə məhdudiyyətlərin səhər saatlarından tətbiq edildiyi bildirilir.

Qeyd edək ki, İranda etirazçıların qanlı repressiyalarına baxmayaraq, ümumölkə tətilləri, nümayişlər və etirazlar davam edir.

Oktyabrın 12-də ümumölkə miqyasında mitinq və tətil keçirmək üçün Tehran məhəllələrinin gəncləri və neft sənayesi işçiləri tərəfindən yeni çağırışlar edilib.

Tehran Məhəllələrinin Gəncliyi qrupu oktyabrın 12-i 9 saylı elanında “saat 12:00-dan səhərə qədər bütün əsas meydan və küçələrdə” mitinqə çağırış edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar