SON XƏBƏRLƏR

İranda jurnalist azadlıqdan məhrum edildi

2023.03.15, 14:30
İranda jurnalist azadlıqdan məhrum edildi

Gunaz.tv

Bu barədə jurnalistin vəkili Səid Xəlili məlumat yayıb.

Xarici və beynəlxalq siyasi məsələlər üzrə jurnalist Ruhullah Nəxəi 22 sentyabr 2022-ci ildə etiraz aksiyaları barədə məlumat yaydığı üçün həbs edilib.

Qeyd edək ki, İran Jurnalistlər Birliyi bir müddət əvvəl yaydığı bəyanatda son 5 ay ərzində ölkədə 100-ə yaxın jurnalistin həbs edildiyini bildirib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da onlarla jurnalist həbsdə saxlanılır.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar