SON XƏBƏRLƏR

İranda kütləvi edam cəzası icra edilib

2022.06.07, 04:19
İranda kütləvi edam cəzası icra edilib

Gunaz.tv

Bəluç fəalların verdiyi məlumata görə, 12 məhkum iyunun 4-də edamdan öncə təkadamlıq kameralara köçürülmüşdülər.

Bundan öncə mayın sonlarında İnsan Haqları Təşkilatları İranda hökumətə qarşı etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda müxtəlif ittihamlar adı altında edam saylarının çoxalacağı barədə xəbərdarlıq etmişdilər.

İran İnsan Haqları Təşkilatı etiraz aksiyaları ilə qəfil artan edam cəzalarının arasında mənalı əlaqə olduğunu yazıb.

Təşkilat kütləvi edam cəzalarının həyata keçirilməsini müxaliflərin başqa adlar altında öldürülməsi ilə yanaşı etirazçıları qorxudaraq susdurmağa xidmət etdiyini bildirib.

Qeyd edək ki, aprelin sonlarında İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən sonra 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar