SON XƏBƏRLƏR

İranda koronavirusdan daha 20 nəfər ölüb, 5 276 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2022.01.21, 13:52
İranda koronavirusdan daha 20 nəfər ölüb, 5 276 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

Gunaz.tv

İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin yanvarın 21-də yaydığı məlumatına görə, bununla da İranda bu günədək  koronavirusdan ölənlərin ümumi sayı 132 min 172 nəfərə, virusa yoluxanların sayı isə 6 milyon 241 min 843 nəfərə çatıb.
 
Bildirilir ki, İranda indiyədək 6 milyon 75 min 730 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
 
Nazirliyin bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 1 228 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
 
 İran Səhiyyə Nazirliyi sonda bildirib ki, İranda bu günə qədər koronavirus üçün 43 milyon 865 min 395 test aparılıb.

İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə Səhiyyə Nazirliyinin gündəlik yaydığı rəsmi statistikasından fərqli olaraq, ölkədə gündəlik koronavirusdan ölənlərin və ona yoluxanların sayının ən azı üç dəfə çox olduğunu bildirirlər.

شناسایی ۵۲۷۶ بیمار جدید کووید۱۹ در کشور / فوت ۲۰ تن دیگر

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar