SON XƏBƏRLƏR

İranda koronavirusun yeni dalğası başlayır

2022.03.30, 12:28
İranda koronavirusun yeni dalğası başlayır

Gunaz.tv

Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Mazəndəran, Gülüstan, Xorasan-i Rəzəvi əyalətlərinin Tibb Elmləri Universitetlərinin verdikləri son statistikalara görə, yaz bayramı tətili günlərində koronavirusa yoluxma hallarının çoxalması yeni dalğanın başlanmasından xəbər verir.

Yaz bayramı öncəsi İran Səhiyyə Nazirliyinin koronovirusdan gündəlik ölüm hallarının qəfildən bir neçə dəfə azalması barədə verdiyi məlumatların gerçəkliyinin şübhə doğurduğu bildirilir.

Müstəqil mütəxəssislər və səhiyyə fəalları İran hökumətinin bu günə kimi COVİD-19-dan ölənlərinin sayının 140 min civarında olması ilə bağlı verdiyi məlumatın doğru olmadığını qeyd edirlər.

Onlar səhiyyə təşkilatları, yerlərdən toplanan statistikalara əsaslanaraq pandemiyanın başlamasından bu günə kimi İranda koronovirus qurbanlarının ümumi sayının 527 min 500 nəfər olduğu barədə məlumat yayıblar.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin Tibb Elmləri Universitetinin başçısı Məhəmmədəmin Vəlinəjad martın 30-da mediaya verdiyi açıqlamada son 3 gün ərzində əyalətdə virusa yoluxanların sayının 215% artdığını bildirib.

O, son 24 saatda daha 3 koronovirus xəstəsinin öldüyünü və bununlada bu günə kimi əyalətdə koronovirus qurbanlarının sayının 7525 nəfərə çatdığını deyib.

Onun sözlərinə görə, pandemiyanın başlamasından marın 30-a kimi Qərbi Azərbaycan əyalətində 350 min nəfər virusa yoluxub və hər 1000 nəfərdən 2.1 nəfəri həyatını itirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar