SON XƏBƏRLƏR

İranda öldürülən güləşçinin bacısı, media fəalı İlham Əfkari həbs edilib

2022.11.10, 07:22
İranda öldürülən güləşçinin bacısı, media fəalı İlham Əfkari həbs edilib

Gunaz.tv

İran mediası təhlükəsizlik və məhkəmə orqanlarına istinadən onun ölkədən qaçmaq istədiyi zaman təhlükəsizlik məmurları tərəfindən saxlanıldığını yazıblar.

Məlumatda İlham Əfkarinin xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif media orqanları və müxalif təşkilatlarla əlaqədə ittiham olunduğu bildirilib.

Müstəqil media, sosial şəbəkə fəalları, insan haqları müdafiəçiləri rəsmi Tehranın iddialarını təkzib edir və İlham Əfkarinin evində həbs edildiyini yazıblar.

Bir neçə gün bundan öncə İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkədə xaricdə fəaliyyət göstərən müxalif media orqanları ilə əməkdaşlıq edənlərə qarşı ölçü götürəcəyi ilə bağlı bəyanat vermişdi.

Qeyd edək ki, şirazlı güləşçi Nəvid Əfkari 2018-ci ilin avqust etirazlarından sonra həbs edilmiş, sonra isə Şiraz Su və Kanalizasiya Təşkilatının mühafizəçisini öldürməkdə şərlənərək edam edilmişdir.

Onun edamından sonra ailəsinin susmadığına, Nəvidin edamının siyasi baxışına görə olduğu barədə bəyanatlarından sonra, öldürülmüş güləçinin iki qardaşı da həbs edilib və ailəyə qarşı davamlı təzyiqlər göstərilir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar