İran İnsan Haqları Təşkilatı noyabrın 7-ə yaydığı məlumatda 17 sentyabrdan 6 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 319 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 14823 nəfərin saxlanıldığı, bunlardan 428 nəfərinin öyrənci olduğu və onlardan 1862-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Həmçinin bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 135 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Timur