İran İnsan Haqları Təşkilatı noyabrın 30-a yaydığı məlumatda 17 sentyabrdan 1 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 288 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 14161 nəfərin saxlanıldığı və onlardan 1694-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Həmçinin bu müddət ərzində 133 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 129 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Timur