SON XƏBƏRLƏR

İranda məcburi hicaba qarşı qadınlar aksiyalar keçirir

2022.07.13, 04:10
İranda məcburi hicaba qarşı qadınlar aksiyalar keçirir

Gunaz.tv

Onlar çadra və yaylıqlarını götürərək küçələrə çıxıb, foto və video çəkdirərək hökumətin onların geyimn tərzini təyin etməsi ilə razılaşmadıqlarının bildiriblər.

Sosial mediada yayılan vieolarda yüzlərlə qadının xüsusilə böyük şəhərlərin küçələrində yaylıqlarını başlarından götürdükləri, bir neçə yerdə yaylıq və çadraların yandırıldığı görünür.

"Hökumətin zorakı qanunlarının əksinə biz hər gün bu şəkildə evdən çıxıb işə getmək istəyirik"-deyə, sosial mediada videosu yayılan qadınlardan biri deyir.

Qeyd edək ki, bir neçə gün bundan öncə qadınlara qarşı şiddət halları Mədəni İnqilab Şurasının toplantısında İran prezidenti İbrahim Rəisinin dövlət qurumlarına hicabsızlığa qarşı mübarizədə daha əhatəli fəaliyyət göstərmələrini tapşırmasından sonra güclənib.

Rəisinin çıxışından sonra müxtəlif dövlət rəsmiləri, mollalar və idarə rəhbərləri hicabsızlara qarşı sərt tədbirlərin keçirilməsi ilə bağlı fikirlər səsləndiriblər.

Sosial mediada keçirilən müzakirələrdə bildirilir ki, hökumət əhalinin diqqətini əsas iqtisadi. siyasi və sosial problemlərdən yayındırmaq, etirazların istiqamətini dəyişmək üçün süni gündəm yaradır, geyim tərzinə nəzarətin gücləndirilməsi məsələsini ortaya atır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar