SON XƏBƏRLƏR

İranda məhbus işgəncə ilə öldürülüb

2022.05.12, 06:53
İranda məhbus işgəncə ilə öldürülüb

Gunaz.tv

Məlumatda Möhsün Abbasi adlı məhkumun mart ayının sonlarında həbs edildiyi, mayın 5-də zindanın karantin bölməsinə köçürüldüyü və mayın 6-da öldürüldüyü qeyd olunub.

Onun cənazəsinin mayın 10-da ailəsinə təhvil verilərək Kirmanşah əyalətinin Firuzabad bölgəsinin Musa kəndində torpağa tapışırıldığı bildirilir.

Möhsün Abbasinin narkotik alveri ittihamı ilə saxlanıldığı və onun narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən döyülərək qətlə yetirildiyi qeyd olunur.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

"İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb"-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.
 
Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar