SON XƏBƏRLƏR

İranda məktəblinin müəllim tərəfindən döyülməsi etirazlara səbəb olub

2022.05.09, 07:45
İranda məktəblinin müəllim tərəfindən döyülməsi etirazlara səbəb olub

Gunaz.tv

Sosial media istifadəçiləri, valideynlər İran məktəblərində azyaşlı uşaqlara qarşı zorakı hərəkətlərə qarşı minlərlə paylaşım ediblər.

Onlar Təhsil Nazirliyinin bu kimi hərəkətlərə qarşı laqeyd yanaşdığını, azyaşlı uşaqların məktəbdə döyüldükləri üçün psixi problemlərlə üzləşdiklərini yazıblar.

Etirazlardan sonra İran Təhsil Nazirliyi açıqlama yayaraq müəllimin məktəbli ilə görüşdüyünü və ondan üzr istədiyini bildirib.

Qeyd edək ki, İran məktəblərində şagirdlərə qarşı zorakılıq halları bundan öncədə çoxsaylı etirazlara səbəb olub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar