SON XƏBƏRLƏR

İranda müəllimlərin növbəti etiraz aksiyası keçirilir

2022.05.12, 08:15
İranda müəllimlərin növbəti etiraz aksiyası keçirilir

Gunaz.tv

Təhsil Nazirliyinin şəhərlərdəki bölmələrinin qarşısına toplaşan müəllimlərin əsas şüarları məhbus müəllimlərin azadlığa buraxılmasıdır.

əllərində plakatlar və məhbus müəllimlərin şəkillərini qaldıran etirazçılar “müəllimlərin yeri həbsxana deyil”, “məhbus müəllimlər azad edilməlidir” şüarları səsləndirirlər.

 Bundan öncə iranlı müəllimlər maaşların artırılması, bərabər hüquqlarının olması, müəllimlərin təsnifatlandırılması və qanununun tam icrası kimi bir sıra tələblərlə etiraz mitinqləri keçiriblər. 

İran Müəllimlər Birliyinin verdiyi məlumata görə, mayın 1-də keçirilən aksiyalar zamanı 70-ə yaxın müəllim saxlanılıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar