SON XƏBƏRLƏR

İranda mollaların döyülməsi dəb olub-Təbrizli molla ölümcül döyülüb

2022.11.03, 08:01
İranda mollaların döyülməsi dəb olub-Təbrizli molla ölümcül döyülüb

Gunaz.tv

Noyabrn 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı məsciddən evinə qayıtdığı vaxt naməlum gənclər tərəfindən döyülüb.

Mediaya açıqlama verən Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və qıç sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib.

O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar mollalara qarşı edilən hücumlar və onların əmmamələrinin başlarından vurub salınmasının gənclər arasında dəbə çevrilməsindən sonra ictimai yerlərdə görünən mollaların sayı kəskin azalıb.

Onların çoxunluğunun artıq evdən çıxmağa məcbur olduqları zaman molla paltarında deyil, adi geyim geyindikləri deyilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar