SON XƏBƏRLƏR

İranda ən azı 322 uşaq həbs edilib

2022.10.22, 07:21
İranda ən azı 322 uşaq həbs edilib

Gunaz.tv

Komitənin yaydığı məlumata görə, İranda etiraz aksiyalarının başlamasından bu günə kimi ən azı 322 uşaq hökumət məmurları tərəfindən saxlanılıb.

Bununla yanaşı adı çəkilən komitə oktyabrın 21-də yaydığı 2 saylı bəyanatında etiraz aksiyaları zamanı 32 uşağın İslam respublikası məmurları tərəfindən öldürüldüyünü açıqlayıb.

Məlumatda minlərlə insanın həbs edildiyi, insan haqları təşkilatlarının onlardan 7 in nəfərinin imliyi dəqiqləşdirə bildiyi qeyd edilib.

Həbs edilənlər arasında kimliklərinin dəqiqləşdirildiyi 212 öyrənci, 109 mədəni fəal, 32 qadın hüquqları müdafiəçisi, 29 jurnalist, 14 vəkilin olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə İran İnsan Haqları Təşkilatı ölkənin 114 şəhər və 89 Universitetində keçirilən etiraz aksiyalarından ötən bir ay ərzində 32-i uşaq olmaqla 244 nəfərin öldürüldüyünü, 12500 nəfərin saxlanıldığını açıqlayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar