SON XƏBƏRLƏR

İranda oğurluq halları kəskin artdı

2023.03.15, 13:29
İranda oğurluq halları kəskin artdı

Gunaz.tv

İran polis qüvvələrinin cinayət axtraış bölməsinin rəhbəri Məhəmməd Qənbərinin verdiyi məlumata görə, son 19 gün ərzində 25 min oğru həbs edilib.

O, oğruların 33 əyalətdə 30557 oğurluq faktına görə həbs edildiklərini bildirib.

Oğurluq hallarının artması İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeyini də məsələni etiraf etməyə məcbur edib.

O, bir müddət əvvəl oğurluq edən və vətəndaşları güc tətbiq edərək qarət edən cinayətkarlara qarşı daha sərt tədbirlərin görülməsini istəyib.

Universitet müəllimi və sosyoloq Məhəmmədrza Əsgərpur məsələ ilə bağlı açıqlamasında belə halların çoxalmasının əsas səbəbinin yoxsulluq və ölkədə hakim olan iqtisadi hərc-mərclik olduğunu deyib.

Ədliyyə Nazirliyinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavini Rza Məsudifər mediaya verdiyi açıqlamada xüsusilə son 5 ildə İranda oğurluq sayının kəskin artdığını deyib.

5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər, son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar