SON XƏBƏRLƏR

İranda onlarla jurnalist həbsdədir

2023.01.05, 13:13
İranda onlarla jurnalist həbsdədir

Gunaz.tv

Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Bir neçə gün bundan öncə Jurnalistləri Müdafiə Komitəsi bəyanat yayaraq  Tehran rejiminin onlarla jurnalisi peşə fəaliyyətinə görə həbs etməsini pisləyib.

“Jurnalistlərin Müdafiəsi Komitəsi” illik hesabatında bildirib ki, İran jurnalistlərin ən çox həbs olunduğu ölkələr siyahısında birinci yeri tutur.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar