SON XƏBƏRLƏR

İranda çox sayda etirazçı həbs edilib

2022.12.12, 15:55
İranda çox sayda etirazçı həbs edilib

Gunaz.tv

Müəllim Həmkarlar İttifaqı Koordinasiya Şurası və Avtobus Sürücüləri Həmkarlar İttifaqının yaydığı bəyanatda Tehranın qərb bölgəsi və Səttarxan meydanında başlayan nümayişlərlə yanaşı bir neçə şəhərdə, o cümlədən Təbrizdə də səssiz nümayiş keçirildiyi, saxlanılanların arasında onlarla qadının olduğu bildirilib.

Tələbə Həmkarlar İttifaqı Şuraları da, aksiyalarla bağlı bəyanat yayarq dekabrın 11-i və 12-də narazı tələbələrin saxlanılması və təhlükəsizlik təcridxanalarına köçürülmələri ilə bağlı məlumat yayıb.

İran məhkəmə sisteminin media orqanı olan "Mizan" xəbər agentliyi isə ilk dəfə olaraq Tehranda keçirilən etiraz aksiyalarında 18 yaşdan aşağı 20 nəfərin həbs edildiyini yazıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar