SON XƏBƏRLƏR

İran hökumətinin çoxuşaqlılığı qəribə formada təbliği gülüş doğurdu

2022.03.26, 11:29
İran hökumətinin çoxuşaqlılığı qəribə formada təbliği gülüş doğurdu

Gunaz.tv

Bir sıra şəhərlərdə evlənmək və çox uşaq dünyaya gətirməklə bağlı qəribə reklam və heykəllərin quraşdırılması sosial media istifadəçilərinin geniş müzakirələrinə səbəb olub.

Tehran şəhərinin Bahar küçəsində quraşdırılan çoxuşaqlı ailə heykəli əhali və internet istifadəçiləri tərəfindən ironiya ilə qarşılanıb.

Onlar sosial media qruplarında qəribə heykəlin heç bir məna və maraq kəsb etmədiyini yazıb,

“Belə ailənin olmasındansa nəslimizin kəsilməsi daha yaxşıdır”-deyə, istifadəçilər iztehza ilə yazıblar.

Onlardan bəziləri “iş yerləri və iqtisadi arxayınlıq olarsa evlilik üçün hökumətin vasitəçiliyinə ehtiyac olmadan evlənərik”-deyə, evlənmələrin sayının azalmasını iqtisadi problemlərin çox olması ilə bağlı olduğunu qeyd ediblər.

Qeyd edək ki, bir müddətdir ali rəhbər Əli Xamneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar