SON XƏBƏRLƏR

İranda pakistanlı din xadimi edam edilib

2022.07.28, 07:28
İranda pakistanlı din xadimi edam edilib

Gunaz.tv

2007-ci ildə adam öldürməkdə ittiham olunan 45 yaşlı Seyid Siracəddin Əlhəq Sədiqi Adilabad zindanında saxlanılırdı.

Bununla yanaşı Sənəndəc şəhərində başqa bir qadın məhkum Süheyla Abidinin öldürüldüyü bildirilir.

İnsan haqları təşkilatlarının yaydığı məlumatda İsfahanın Dəsgerd zindanında isə 35 yaşlı Məhəmməd İzədinin edam edildiyi qeyd olunub.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı və Əbdürrəhman Borumənd Fondu cari ilin ilk 6 ayı ərzində İranda 251 nəfərin edam edildiyini bildirib.

Sözügedən təşkilatlar ölüm hökmlərinin belə sürətlə artacağı təqdirdə bu il edamların sayının ötən il qeydə alınmış 314 edam sayını geridə qoyacağı ilə bağlı xəbərdarlıq ediblər.  

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar