SON XƏBƏRLƏR

İranda partiya sədri həbs edilib

2022.12.16, 08:39
İranda partiya sədri həbs edilib

Gunaz.tv

Din Xadimləri Xüsusi Apellyasiya Məhkəməsi Məhəmməd Zare Fuməninin işinə yenidən baxaraq məhkəmənin çıxardığı ilkin qərarı olduğu kimi qüvvədə saxlayıb.

Barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni, oktyabrın 9-da həbs edilərək Tehranın Evin həbsxanasının 209-cu bölməsinə aparılıb və bir ay müddətinə təkadamlıq kamerada saxlanılıb.

Qeyd edək ki, 2011-ci ildə təsis edilən Xalq İslahatı Partiyası 2013-cü ildə Əliəkbər Haşimi Rəfsəncaninin prezidentliyi dəstəkləmişdi.

Müxtəlif zamanlarda tam fərqli mövqelərdən çıxış edən Məhəmməd Zare Fuməni 2009-cu ildə Mir Hüseyn Musəvi və mehdi Kərrubinin başçılıq etdikləri “Yaşıl Hərəkat”ın əleyhinə çıxdığı üçün mühafizəkar qanadın himayəsini qazanmışdı.

Fuməninin mühafizəkar İbrahim Rəisinin prezident seçildikdən sonra ona heç bir vəzifə vermədiyi üçün narazılar sırasına qoşulduğu bildirilir. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar