SON XƏBƏRLƏR

İranda polis maşını iki bəluç gəncin üstündən keçdi

2022.04.08, 11:01
İranda polis maşını iki bəluç gəncin üstündən keçdi

Gunaz.tv

Bu barədə İran hökumətinə müxalif media qurumları və bəluç fəallar məlumat yayıb.

Məlumata görə, son aylarda bəluç gənclərinin İran polisi tərəfindən öldürülməsi halları artıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis məmurları gəncləri təqib etmək və motosikletlərini əllərindən almaq üçün onları dayandırmağa çalışarkən bəluç vətəndaşlar hadisə yerindən qaçıblar. 

Bu zaman polis məmurları onları təqib edərək motosikletlərinin üstündən keçiblər və nəticədə cavanlardan biri, hadisə yerində həyatını itirib, digəri isə ağır yaralanıb.

Öldürülən gəncin İranşəhrin Qəribabad kəndindən olan Hüseyn Mübarəki Marənderqan olduğu bildirilsədə, yaralı gəncin kimliyi barədə məlumat verilməyib.

Bəluc Fəallarıi Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluc vətəndaşlarına qarşı İran İnqilab Keşikçiləri Korpusu və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar