SON XƏBƏRLƏR

İranda qadın məhbusa işgəncə verilib

2022.03.30, 09:12
İranda qadın məhbusa işgəncə verilib

Gunaz.tv

O, yaxınlarına göndərdiyi məktubda martın 28-də ağır işgəncələr gördüyünü, döyüldüyünü bildirib. Məhbus ailə üzvləri ilə görüşünə icazə verilmədiyinə görə aclıq aksiyasına əl atmaq məcburiyyətində qaldığını yazıb.

“Təhlükəsizlik məmurlarının mənə işgəncə verməsinə, tibbi məzuniyyət hüququmdan və tibbi xidmətlərdən məhrum edildiyimə görə, aclıq aksiyasına əl atmaqdan başqa bir çıxış yolu tapa bilmədim”-deyə, xanım məhbus məktubunda qeyd edib.

Süheyla Hicab İranda baş verən insan haqları pozuntularına, ölkə zindanlarında hakim olan ədalətsiz və qeyri-inani şəraitə toxunub, məhkəmə sistemin ilə təhlükəsizlik orqanlarının siyasi məhbuslara qarşı əlbir hərəkət etdiklərini bildirib.

Qeyd edək ki, Süheyla Hicab 2019-cu ilin iyun ayında saxlanılıb və bir neçə aylıq həbsdən sonra 14 mart 2020-ci ildə 3 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

O, 23 may 2020-ci ildə yenidən saxlanılaraq “hökumətə qarşı fəaliyyət”, “müxalif qruplara üzvlük” və “ictimai rəyi çaşdıraraq iğtişaş yaratmağa cəhd” ittihamları ilə 5 illik həbs cəzasını çəkmək üçün zindana köçürülüb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar