SON XƏBƏRLƏR

İranda qadın motosikletçilərə qarşı cəzalar sərtləşdirilir

2022.02.14, 08:40
İranda qadın motosikletçilərə qarşı cəzalar sərtləşdirilir

Gunaz.tv

O, fevralın 19-dan etibarən qadın motosikletçilərə qarşı cəza tədbirlərinin dahada gücləndiriləcəyi ilıə bağlı danışıb.

Hüsyn Rəhimi İranda qadınlara motosiklet sürmək üçün sürücülük vəsiqəsi verilmədiyini əsas gətirib və bu səbəbdən bütün qadın motosikletçilərin saxlanılmasına, cərimə olunmalarına göstəriş verildiyini qeyd edib.

Qeyd edək ki, İran qanunlarına görə, ölkədə qadınların ictimai yerdə motosiklet və velosiped sürmələri qadağandır.

Bu dəfələrlə velosiped və motosiklet sürmək istəyən qadınlar tərəfindən etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Məsələ ilıə bağlı açıqlama verən bir sıra iranlı din xadimləri bunun islami dəyərlərə zidd olduğunu əsas gətirərək hökumətin daha sərt cəzalar tətbiq etməsini istəyiblər.

 

اجرای طرح انضباط بخشی تردد موتورسیکلت سواران از ۳۰ بهمن - ایسنا

C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar