SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində sünni məscidi dağıdıldı -VİDEO

2022.04.13, 12:04
İranın Zahidan şəhərində sünni məscidi dağıdıldı -VİDEO

Gunaz.tv

Zahidan şəhərində sünnilərə məxsus “Nəbi Rəhmət” məscidi dağıdılıb. Bu barədə insan haqları təşkilatları və sosial media fəalları məlumat yayıb. 

Fəallar bildirib ki, Təbii Sərvətlər Nazirliyinin yerli bölməsi və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əməkdaşların ağır texnika vasitəsilə məscidi qısa müddətdə dağıtdıblar.

Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin “Daniş” küçəsində yerləşən “Nəbi Rıhmət” məscidi uzun ilrdirki fəaliyyət göstərir və şəhər dindarlarının əsas ibadət yerlərindən biri kimi tanınırdı.

Bu günə kimi İanda qeyri-şiələrə qarşı ağır basqıların olmasına, onlarla sünni məcidinin dağıdılmasına baxmayaraq, “Nəbi Rəhmət” məscidinin uçurdulması ilə bağlı İran rəsmiləri və onların yerli nümayəndələri hər hansı açıqlama verməyiblər.

Bundan öncə onlarla sünni məscidi qanunsuz olaraq uyğunsuz yerdə tikildiyi bəhanəsi ilə dağıdılıb və buna etiraz edən sünni vətəndaşlar həbs olunublar.

Rəsmi statistikaya görə, İran əhalisinin təxminən 8-10 faizini sünni müsəlmanlar təşkil edir, lakin bu qrup həmişə sistemli ayrı-seçkilik və məruz qalır. 

Qeyd edək ki, bir neçə il bundan öncə Bakının Günəşi qəsəbəsində icazəsiz və qanunsuz tikilən “Fatimeyi Zəhra” məscidinin yerinin dəyişdirilməsi və daha uyun yerdə hökumət hesabına tikilməsi təklifinə görə İran mediası və hökumət rəsmiləri Azərbaycan Respublikasına qarşı geniş təbliğat kampaniyası başladıb, Azərbaycanı islam düşməni imi qələmə verməyə çalışırdılar. 

Xatırladaq ki, Azərbaycan hökumətinin vəsaiti hesabına inşa edilən "Fatimeyi Zəhra" məscidi Bakının ən böyük və əzəmətli məscidlərindən biri kimi fəaliyyət göstərir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar