SON XƏBƏRLƏR

İranda ərzaq qıtlığı- Əhali mağazalara hücum edib

2022.05.12, 07:45
İranda ərzaq qıtlığı- Əhali mağazalara hücum edib

Gunaz.tv

Ərzaq mallarını tapılmaması uzun növbələrin yaranmasına səbəb olub. Məlumata görə, bəzi yerlərdə əhali mağazalara hücum edib.

Son iki gündə sosial mediada yayılan videolarda Tehran, Şiraz, Təbriz, Parsabad, Ərdəbil və başqa onlarla şəhərdə vətəndaşların ərzaq mağazaları qarşısında izdiham yaratdığı görünür.

Şəhərlərin bir çoxunda əsas ərzaq mallarının tapılmadığı, mağaza rəflərinin boşaldığı bildirilir.

Mayın 11-də bahalaşma ilə bağlı mediaya açıqlama verən İranın daxili işlər naziri Əhməd Vəhidi toyuq, yumurta, ağartı və yağın qiymətinin yenidən bahalaşacağını deyib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar