SON XƏBƏRLƏR

İranda sümük xərçəngi olan hüquq müdafiəçisinin vəziyyəti ağırlaşıb

2022.11.29, 07:52
İranda sümük xərçəngi olan hüquq müdafiəçisinin vəziyyəti ağırlaşıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Sadiqinin daimi həkim nəzarətində olmalı olduunu deyən ailəsi fəalın həbsindən 48 gün keçməsinə baxmayaraq müalicəsi üçün şərayit yaradılmadığından narahatdırlar.

Bir neçə gün öncə Arəşin atası Hüseyn Sadiqi mediaya verdiyi açıqlamada oğlu üçün həyati əhəmiyyət daşıyan dərmanların ona çatdırılmasına icazə verilmədiyini bildirib.

Arəş Sadiqi oktyabrın 12-də Tehranda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bundan öncədə dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və bir neçə il məhkumluq həyatı yaşayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar