SON XƏBƏRLƏR

İranda sünni din xadimi həbsxanalardakı zorakılıqlara münasibət bildirib

2022.12.06, 14:04
İranda sünni din xadimi həbsxanalardakı zorakılıqlara münasibət bildirib

Gunaz.tv

 İranın Sistan-Bəluçistan əyalətinin Zahidan şəhərinin sünni məzhəbli cümə imamı Moləvi Əbdülhəmid İran həbsxanalarında məhbuslara qarşı zorakılıq və təcavüz halları ilə bağlı yayılan məlumatlara reaksiya verib və İran məhkəmə sistemini cinayət törətməkdə günahlandırıb.
Cümə imamı məhbuslara qarşı irəli sürülən ittihamların bir çoxunun əsassız olduğunu, məhbus qadınlardan məcburi etiraflar alalmaq üçün onların təhqir edildiyini və cinsi zorakılığıa məruz qaldıqlarını barədə yayılan məlumatlardan narahatlığını bildirib.

O, İran məhkəmə sisteminin məsələni araşdıraraq səbəbkarları cəzalandırmasının vacibliyini, əks təqdirdə bunun nəticəsinin yaxşı olamayacağı ilə bağlı xəbərdarlıq edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar