SON XƏBƏRLƏR

İranda siyasi məhbus Siyavuş Bəhrami öldürülüb

2022.05.31, 08:37
İranda siyasi məhbus Siyavuş Bəhrami öldürülüb

Gunaz.tv

Məlumatda Kirmanşah şəhərinin indanında saxlanılan 25 yaşlı məhbusun azadlığa buraxıldıqdan 3 gün sonra öldürüldüyü qeyd olunub.

Siyavuş Bəhraminin tam sağlam olduğu halda qəfildən ölməsi müxtəlif suallar doğurub. Ailəsinə istinad edən İnsan Haqları Təşkilatı qısa müddət ərzində siyasi məhbusun cəsədinin qaralmasını ona vurulan iynə ilə əlaqələndirib.

Bəhraminin yaxınları zindan yoldaşlarına istinadən həbsdən buraxılmazdan öncə ona naməlum iynə vurulduğunu deyiblər.

İnsan Haqları Təşkilatı Siyavuş Bəhraminin ailəsinin İran təhlükəsizlik əməkdaşları tərəfindən təhdid edildiyini və onlara məsələ ilə bağlı mediaya açıqlama verməmələri barədə xəbərdarlıq etdiklərini bildirib. 

Qeyd edək ki, bir müddət öncə İsfahan zindanında saxlanılan siyasi məhbus Mehdi Salehiyə zindanın tibb məntəqəsinə tərkibi bilinməyən iynə vurulduğu üçün həyatını itirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar