SON XƏBƏRLƏR

İranda tanınmış siyasi məhbusa işgəncə verilib

2022.08.25, 08:48
İranda tanınmış siyasi məhbusa işgəncə verilib

Gunaz.tv

Məlumatda bununla yanaşı avqustun 24-də zindana gedən siyasi məhbusun həyat yoldaşı və iki övladına qarşı kobudluq edildiyi, siyasi məhbusun qızlarının hicab qaydalarına riayət etmədikləri bəhanəsi ilə təhqir edildikləri qeyd olunub.

İnsan haqları təşkilatının məlumatında təhqirlərə etiraz edən Leyla Əkbəri Münfəridin zindan məsulları və nəzarətçiləri tərəfindən bir daha döyülüb aşağılandığı, onu barəsindən yenidən cinayət işi açılacaqları ilə hədələdikləri bildirilib.

Qeyd edək ki, Məryəm Əkbəri Münfərid 31 dekabr 2009-cü ildə siyasi və ictimai fəaliyyətlərinə görə həbs olunaraq 15 il azadlıqdan məhrum edilib.

O, 8 iyun 2020-ci ildə Tehranın Evin zindanından Simnan zindanına göndərilib.

Onun iki qardaşı siyasi fəaliyyətlərinə görə 1981 və 1984-cü illərdə həbs olunub, 1988-ci ildə siyasi məhbusların kütləvi edamı zamanı hər ikisi güllələnərək edam ediliblər. 

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar