SON XƏBƏRLƏR

İranda siyasi məhbuslar aclıq aksiyası keçirir

2022.03.10, 06:40
İranda siyasi məhbuslar aclıq aksiyası keçirir

Gunaz.tv

İran zindanlarında saxlanılan və hüquqlarının PozulduĞunu bildirən bir qrup tanınmış siyasi fəal aclıq aksiyası keçirir.

Fəriba Əsədi, Məhəmməd Huşəngi, Yusif Mehrad, İbrahim Sədiq Həmədani, Əli MusanEjad və Zədüşt Əhmədi Rağib müxtəlif zindanlarda saxlanılsalar da eyni istəklərlə aksiyaya əl atıblar.

Başqa məhbuslardan öncə aksiyaya başlayan siyasi fəal Zərdüşt Əhmədi Rağib aclıq aksiyasını davam etdirəcəyini və “Vilayəti Fəqih” sisteminə (İranda ali dini lider hakimiyyəti) qarşı dayanacağını bildirib.  

O, "Radio Fərda"ya göndərdiyi səs yazısında düşüncəsini açıqladığı üçün özünün və ailəsinin vətəndaşlıq hüquqlarının pozulduğunu qeyd edib.

Əhmədi Rağib bundan öncə dəfələrlə həbs olunub və təhlükəli məhbuslarla eyni yerə salınaraq onlar tərəfindən ağır işgəncələrə məruz qalıb.

Adı çəkilən altı siyasi məhbus “hökumətə qarşı təbliğat” və “sistemə müxalir qruplara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq”, “rəhbəri təhqir etmək”də ittiham olunublar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar