SON XƏBƏRLƏR

İranda geniş etirazlar başlanır- 8 təşkilat birgə bəyanat yaydı

2022.09.19, 05:17
İranda geniş etirazlar başlanır- 8 təşkilat birgə bəyanat yaydı

Gunaz.tv

Xaricdə İran hökumətinə müxalif olan səkkiz siyasi təşkilat birgə bəyanat yayıb.

Onlar Məhsa Əmininin öldürülməsini “İslam Respublikasının sonunun başlanğıcı” adlandırıb və ölkə daxilindəki etirazları dəstəkləyərək, xaricdəki müxalifət qruplarından xahiş ediblər ki, etirazların səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar.

Bununla yanaşı Neft İşçilərinin Həmkarlar İttifaqı da Məhsa Əmininin ailəsinə başsağlığı verib.

Qurum bütün neft sənayesi işçilərini aksiyaçılarla həmrəy olmağa çağırıb. Bəyan olunub ki, bu cür cinayətlər qarşısında səssiz qala bilməyəcəcək.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.

Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbəri yayılıb.

Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar