SON XƏBƏRLƏR

İranda son 10 gündə 520 nəfər yol qəzalarında həyatını itirib

2022.03.28, 13:33
İranda son 10 gündə 520 nəfər yol qəzalarında həyatını itirib

Gunaz.tv

Əhməd Şirani son 10 gün ərzində ölkə yollarında baş verən qəzalar nəticəsində 520 nəfərin həyatını itirdiyini deyib.

Onun dediyinə görə, hal-hazırda ölkədə baş verən yol qəzaları nəticəsində hər saat 2 nəfər ölür, 29 nəfər isə yaralanır.

Qeyd edək ki, yol qəzalarının sayının çox olmasına yolların qeyri-standart olması ilə yanaşı İran istehsalı olan avtomobillərin keyfiyyətsizliyidə böyük rol oynayır. 

Bir neçə gün öncə İran Polisi İdarəsinin rəisi Kamal Hadiyanfər isə İranda istehsal olunan avtomobillərin keyfiyyətsiz olmasına diqqət çəkib.

“Başa düşmürəm, bu avtomobillərdə elə bil yanacaq çəni yerinə partlayıcı maddə yerləşdirirlər. adi bir toqquşma nəticəsində avtomobillər partlayır”-deyə, o bildirib.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar