SON XƏBƏRLƏR

İranda tətil aksiyaları genişlənir

2022.11.15, 14:19
İranda tətil aksiyaları genişlənir

Gunaz.tv

2019-cu ilin noyabr etirazlarının ildönümü ilə əlaqədar yayılan çağırışlara əsasən İranın onlarla şəhərində tətil aksiyaları başlayıb.

Başda Tehran olmaqla İranın onlarla şəhərində bazarlar, mağazalar, istehsal müəssisələri fəaliyyətini dayandırıb.

Etirazçıların yaydığı çağırışlarda noyabrın 15,16 və 17-də iş yerlərinin tətil edilməsi və kütləvi etiraz aksiyalarının keçirilməsi istənilib.

Qeyd edək ki, 2019-cu il 15 noyabrda etirazlar ilk olaraq benzin qiymətlərinin qəfil artmasına cavab olaraq baş verdi, ancaq tezliklə Əli Xamneyinin başçılıq etdiyi İslam Respublikası hökumətinə qarşı ümumi etiraza çevrildi.

"Reuters" xəbər verir ki, İranda nümayişçilərə qarşı üç gün davam edən qanlı repressiyalar zamanı ən azı 1500 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

Xəbərdə Xamneyinin çevrəsinə yaxın üç mənbəyə və dördüncü bir rəsmiyə istinadla bildirilirdi ki, ali rəhbər yüksək vəzifəli məmurlara etirazları yatırmaq üçün əllərindən gələni etməyi əmr edib.

İranın daxili işlər naziri 2109-cu ilin noyabrında nümayişlərdə ölənlərin sayının 200 ilə 225 arasında olduğunu, Beynəlxalq Amnistiya Təşkilatı isə ölənlərin sayının daha çox ola biləcəyini vurğulayaraq ən azı 304 nəfərin öldürülən etirazçısının adının bilindiyini açıqlamışdı.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar