SON XƏBƏRLƏR

İranda terror aktı kimi qələmə verilən hadisədə ölənlərin kimliyi bəlli olub-Hökumət xalqa atəş açıb

2022.11.17, 12:17
İranda terror aktı kimi qələmə verilən hadisədə ölənlərin kimliyi bəlli olub-Hökumət xalqa atəş açıb

Gunaz.tv

"Ələrəbiyyə" xəbər agentliyinin verdiyi məlumata görə, noyabrın 16-da Xuzistan əyalətinin İze şəhərində hökumət tərəfindən terror aktı kimi qələmə verilən hadisədə öldürülən şəxslərin kimliyi məlum olub.

25 yaşlı Rza Şəriyəti, 9 yaşlı Kiyan Pirfələk, 45 yaşlı Əşrəf Nikbəxt, 13 yaşlı Abtin Rəhmani, Əli Molayi və hələlik kimlikləri dəqiqləşdirilə bilməyən daha iki nəfər hökumət məmurlarının açdığı atəş nəticəsində ölüb.

9 yaşlı Kiyan Pirfələkin yaxınlarının bildirdiyinə görə, o və atası şəxsi avtomobillə yoldan keçdikləri zaman hökumət məmurlarının bir neçə istiqamətdən açdıqları atəş nəticəsində həyatını itirib.

İran rəsmiləri və mediası vətəndaşların öldürülməsini terror aktı kimi qtəqdim edib və hadisənin iki silahlı motosikletçi tərəfindən törədildiyini iddia edib.

Xuzistan əyalətinin məhkəmə sisteminin başçısı Əli dehqani, hadisə ilə bağlı 3 nəfərin saxlanlldığını desə də, onların kimliyi barədə açıqlama verməkdən imtina edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar