SON XƏBƏRLƏR

İranda xarici vətəndaş İsrailə casusluq ittihamı ilə həbs edilib

2022.10.11, 16:26
İranda xarici vətəndaş İsrailə casusluq ittihamı ilə həbs edilib

Gunaz.tv

O, xarici ölkələrdən birinin vətəndaşı olan şəxsin İsrailə cüsusluq etdiyini iddia edib.

İ.Həmidinin iddiasına görə, saxlanılan şəxs Kirman əyalətində təxribat və təhlükəsizliyə qarşı əməliyyat törətmək niyyətində imiş.

Baş hakim həbs edilən şəxsin İranda azad ticarətlə məşğul olduğunu, məlumat mübadiləsi və təlim keçmək üçün bir neçə ölkəyə səfər etdiyini söyləyib.

"Təqsirləndirilən şəxs bəzi məlumatlar topladıqdan sonra ölkəni tərk edərək region ölkələrindən birində sionist rejimin kəşfiyyatçılarından biri ilə görüşmək və yeni tapışırıqlar almağı planlaşdırsa da, İranı tərk etməzdən əvvəl həbs edilib",- deyə, İbrahim Həmidi iddia edib.

Baş hakim saxlanılan şəxsin hansı xarici ölkə vətəndaşı olduğu və kimliyi barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl İranda xalq etirazları ilə eyni vaxtda İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi 9 əcnəbi vətəndaşın həbs olunduğunu elan edərək, onları etirazların təşkil edilməsində iştirakda ittiham edib.

Bu açıqlamada həmin 9 xarici vətəndaşın Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, və İsveç vətəndaşları olduğu bildirilib.

 Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar