SON XƏBƏRLƏR

İranda yarım hərbi "Bəsic" qüvvələrinin üzvü öldürülüb

2022.09.02, 06:40
İranda yarım hərbi "Bəsic" qüvvələrinin üzvü öldürülüb

Gunaz.tv

İranın Fars əyalətinin Kazerun şəhərində yarım hərbi "Bəsic" qüvvələrinin 27 yaşlı üzvü bıçaqlanaraq öldürülüb.

Kazerun şəhərinin polis rəisi İsmail Ziraətiyan mediaya verdiyi açıqlamada sentyabrın 1-i axşam saatlarında Behruz Nbiipur adlı "Bəsic" üzvünün 15 yaşlı yeniyetmə tərəfindən qətlə yetirildiyini deyib.

Onun sözlərinə görə, şəxsi münaqişə zəminində baş verən qətl hadisəsindən sonra yeniyetmə və onunla əlbir olan 18 yaşlı gənc saxlanılıb.

Qeyd edək ki, "Bəsic" üzvləri və mollaların vətəndaşların şəxsi həyatlarına müdaxilələri, insanların geyim tərzlərinə və şəxsi münasibətlərinə iradları onların vətəndaşlar tərəfindən döyülmələrinə, bəzi hallarda öldürülmələrinə səbəb olur.

Belə hadisələr xüsusilə son illər vətəndaşlar həddindən artıq sıxışdırıldığından daha da çoxalıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar