SON XƏBƏRLƏR

İranda yaraqlı qaçaqmalçılarla atışmada biri qərargah rəisi olmaqla 3 polis öldürülüb

2021.11.18, 12:54
İranda yaraqlı qaçaqmalçılarla atışmada biri qərargah rəisi olmaqla 3 polis öldürülüb

Gunaz.tv

Bu barədə Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri bu gün mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, hadisə noyabrın 16-sı axşam saatlarında Kirman əyalətinin Sistan-Bəlucistanla həmsərhəd olan “Dəşt-i Səmsur” məntəqəsində baş verib.

“Bölgədə reyd keçirən yerli hüquq-mühafizə qüvvələrinin əməkdaşları yaraqlı narkotok qaçaqmalçılar karvanına rast gəlib. 

Atışma nəticəsində Kirman hüquq-mühafizə qüvvələrinin “Əbuzər” əməliyyat qərargahının komandanı Mehdi Tusəng, eləcə də Ehsan Şirxani və Əmirhüseyn Xudadadi adlarında olan iki əməkdaşımız aldığı güllə yarasından hadisə yerində həlak olublar. 

Atışma zamanı həmçinin daha 6 polis əmkdaşımız yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralıların ümumi vəziyyəti qənaətbəxşdir. 

Silahlı qarşıdurmada polis əməkdaşlarımıza atəş açan yaraqlı narkotik qaçaqmalçılarıdan bir neçəsi ələ keçirilib”, -deyə Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri bildirib.

Əbdülrza Naziri həbs edilən yaraqlı şəxslərin adlarını və hadisənin detallarını açıqlamayıb. 

سردار ناظری فرمانده انتظامی استان کرمان شد

                               Kirman əyalətinin hüquq-mühafizə qüvvələrinin komandanı Əbdülrza Naziri

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar