SON XƏBƏRLƏR

İranda yenidən kütləviləşən etiraz aksiyalarında ən azı 4 nəfər öldürülüb, onlarla insan yaralanıb

2022.10.08, 16:05
İranda yenidən kütləviləşən etiraz aksiyalarında ən azı 4 nəfər öldürülüb, onlarla insan yaralanıb

Gunaz.tv

Oktyabrın 8-də müxtəlif qrupların küçə nümayişlərinə çağırışından sonra İranın müxtəlif bölgələrində ümummilli etirazlar dördüncü həftəyə daxil oldu və ölkənin bəzi bölgələrində bazarlar və mağaza sahibləri də tətilə başladılar.

İrandan alınan xəbərlər göstərir ki, ümummilli etirazların 22-ci günündə Tehran, Kərəc, Şiraz, Məşhəd, Sənəndəc, Ərak, Şahinşəhr, İsfahan, Rəfsəncan, Kirman, Yəzd, Babol və s. şəhərlərin bəzi bölgələrində insanlar küçələrə çıxıb. Onlar məcburi hicaba və İslam Respublikası hökumətinə qarşı şüarlar səsləndiriblər.

Bu, İran hökumət rəsmiləri və mediasının son günlər etirazların səngidiyi və Əli Xameneyinin adından yayılan bəyanatın əhalini sakitləşdirdiyini iddia etdikləri ilə eyni vaxta təsadüf edib.

Hökumət qüvvələrinin etirazçılara hücum edərək onları döyməsi və bəzən birbaşa atəş açması ilə bağlı çoxlu videolar da yayılıb.

Bununla yanaşı oktyabrın 8-də onlarla Universitetin öyrənciləri etiraz aksiyalarına qoşulub, dərsləri tətil edib və hökumət əleyhinə şüarlar səsləndiriblər.

Sosial mediada yayımlanan videolara görə, bəzi şəhərlərdə təhlükəsizlik və xüsusi təyinatlı qüvvələr etirazçılara bir başa atəş açıb.

Sənəndəc şəhərində hökumət məmurlarının atəşi nəticəsində biri sürücü olmaqla iki nəfər həyatını itirib.

İnsan haqları təşkilatının verdiyi məlumata görə, bu şəhərdə ən azı 30 nəfərin güllə yarası aldığı qeyd edilib.

Bununla yanaşı ictimai şəbəkədə yayılan görüntülərdə Məşhəd şəhərində iki gənc qadının hökuumət məmurları tərəfindən güllələnərək öldürüldüyünü əks etdirən videolar yayımlanıb.

İslam Respublikasının hakimiyyət orqanları İrandakı etirazlarda həlak olanların dəqiq sayını açıqlamasa da, müstəqil insan haqları təşkilatları bu etirazlarda ən azı 185 nəfərin öldürüldüyünü indiyədək təsdiq edə biliblər.

Öldürülənlər arasında yaşı 18-dən az olan 19 uşaq və yeniyetmənin də adı var.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar