SON XƏBƏRLƏR

İranda yeniyetmə edam edilə bilər

2022.05.05, 09:13
İranda yeniyetmə edam edilə bilər

Gunaz.tv

Bəyanatda hazırda Şiraz zindanında saxlanılan yeniyetmənin edam hökmünü qətiləşdirmək üçün onun cinayət işində saxtakarlıq edildiyi və Həmidrzanın doğum tarixinin dəyişdirilərək yaşının çox göstərildiyi qeyd olunub.

Qəsdən adam öldürməkdə ittiham olunan Həmidrza Əjdərinin bir neç gün sonra, mayın 8-də dara ağacından asılaraq edam ediləcəyi bildirilib.

İnsan haqları təşkilatı yeniyetmənin dosiyasında saxtakarlıq edilməsi ilə yanaşı, ona üç həftə işgəncə verildiyi və cinayəti qəbul etməsi üçün təzyiqlərə məruz qaldığını deyir.

İnsan haqları təşkilatlarının hesabatları göstərir ki,  2021-ci ilin avqustunda İbrahim Rəisi hökumətinin işə başlamasından sonra İranda edamların sayı kəskin şəkildə artıb.

BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavid Rəhman özünün illik hesabatında bildirib ki, məhkəmə prosesinin sistemli pozulması və ədalətli mühakimə olunmaması ilə yanaŞI İranın məhkəmə sistemi çərçivəsində ciddi nöqsanlar var və edamların əksəriyyəti dövlət qurumları tərəfindən ixtiyari şəkildə həyata keçirilir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar