SON XƏBƏRLƏR

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023.03.25, 06:43
İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

Gunaz.tv

Bu barədə İran Yol Polisi İdarəsinin başçısı Kamal Hadiyanfər məlumat verib.

Onun dediyinə görə, ölkədə hər gün baş verən yol qəzalarında təxminən 40 nəfər həyatını itirir.

Qeyd edək ki, bundan əvvəl hətta bir neçə İran rəsmisi ölkədə baş verən avtomobil qəzalarının çoxuna yerli istehsal olan avtomobillərin keyfiyyətsizliyinin səbəb oduğunu deyiblər.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf millət vəkillərinin tənqidlərinə cavab olaraq, ölkədə avtomobil istehsalının ciddi çatışmazlıqları olduğunu etiraf edib.

Son illər İran vətəndaşları bu ölkədə istehsal edilən yerli avtomobillərə "hərəkət edən tabut" adı veriblər.

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar