SON XƏBƏRLƏR

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022.08.09, 11:15
İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

Gunaz.tv

Məlimata görə, 2021-ci ilin martından 2022-ci ilin martına qədər İranda yol qəzalarında 16778 nəfər ölub.

Aparılan araşdırmalara görə, yol qəzalarında ölü sayı İranda 165 ölkənin 101-dən çox, 63-dən isə azdır.

Azərbaycan Respublikasında hər 100 min nəfərdən 6 nəfər yol qəzasında öldüyü halda, İranda hər 100 min nəfərdən 20 nəfər yol qəzasında həlak olur.

İranda yol qəzalarında ölü sayının çox olması həmdə daha bu ölkənin daxili istehsalı olan avtomobillərin keyfiyyətsizliyi ilə əlaqəlidir.

Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi. avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.

İranda milli avtomobillərə xalq arasında ölüm arabaları adı verilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar