SON XƏBƏRLƏR

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022.08.18, 08:39
İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

Gunaz.tv

"Qarabağ məsələsi bütünlüklə bizim ziyanımıza oldu. Azərbaycan İrana qayıtmalı, Naxcıvan İrana birləşdirilməlidir. Cənubi Qafqaz İran mədəniyyəti hövzəsinə aiddir"-deyə, İranlı diplomat  bildirib.

O, bölgədə baş verən və sülhə xidmət edən bir sıra dəyişiklikləri, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının əleyhinə olduğunu deyib.

"Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşması İran və Rusiyanın ziyanınadır. Türkiyəlilərə inanmaq olmaz və onlarla ortaq nəsə etmək mümkün deyil. Onlar ən yaxşı halda İranın strateji rəqibləridir"-deyə, Əbülfəz Töhrəvənd qeyd edib.
İranlı diplomat azərbaycanlıları təhqir edərək ermənilərin sıxışdırılmasından narahatlığını ifadə edir.

"Bir mütəxəssis kimi düşüncələrimi bölüşürəm, biz Qarabağ məsələsində daha yaxşı fəaliyyət edə bilərdik. Qarabağın aşağı hissəsi türklərə məxsusdur,  ancaq bunlar əslində şiəliyə inanan türklər deyillər. Burada məsələni başqa cür həll edilə bilərdi. 
Müharibə olmadan və Qarabağdakı ermənilər köçürülmədən torpaqları türklərə qaytara bilərdilər. 

Ancaq ermənilərin idarəçiliyi ya onların öz əlinə və ya İrəvanın əlinə verilə bilərdi. Ancaq bölgənin hakimiyyət və idarəçiliyi Qarabağ və İrəvanın əlindən çıxıb və Bakının əlinə keçdi və bu bizim zərərimizə oldu.

İndi isə Zəngəzuru alıb və İranın Ermənistanla olan bir neçə kilometrlik quru sərhəddini bağlamaq haqda düşünürlər. 

Həzrəti ağa (Əli Xameneyi) bu barədə çox yerində və dəqiq xəbərdarlıq etdi. Ancaq türklər bu məsələlərə diqqət yetirən deyil, onlar namərddirlər”deyə, diplomat bildirir.

İranlı diplomat iddia edib ki, Türkiyədə AKP iqtidarının qorunmasında guya İranın rolu olub: 

“Bizim, Qasım Süleymaninin Ərdoğanın hakimiyyətdə saxlanılmasında böyük böyük köməyimiz oldu, ancaq onlar bizə necə cavab verdilər? Suriyada bizə qarşı çıxdılar.

Əlbəttə, Türkiyənin siyasi quruluşu belədir və bundan kənara çıxa bilməzlər. Bizim belə bir Türkiyə ilə heç bir strateji müttəfiqliyimiz və ortaqlığımız ola bilməz. Biz ən yaxşı halda strateji rəqiblərik.

Bütün bunlara görə, Qarabağ və Naxcıvan məsələsi bizim ziyanımıza oldu. İndi Amerikanın, CİA-nın vasitəsilə Türkiyə və Ermənistan münasibətlərini adiləşdirməyə çalışırlar, bu dəqiq olaraq bizim ziyanımıza olan məsələdir. 

Cənubi Qafqazda aparılan siyasət Gürcüstanda olduğu kimi İran və Rusiyanın burada təsirinin tamamilə yox edilməsinə qulluq edir. Cənubi Qafqaz Şimali və Cənubi Osetiya kimi İran mədəniyyəti coğrafiyasına mənsubdur, onlar İranəsillidirlər. 
Bu Azərbaycanda da belədir, bu gedişlə Azərbaycan bizim üçün çox qorxulu və təhlükəli bir fenomenə çevrilib”. 

Əbülfəz Töhrəvənd Naxcıvanla Türkiyə arasında bir başa quru yolunun açıqlması məsələsinə də toxunub.

“Bu yolun yaranması birbaşa bizim ziyanımızadır və bu bizim Türkiyəyə qarşı olan təzyiq vasitəmizin əldən çıxması deməkdir. 

Türklərdə sionist düşüncə mövcuddur, onlar İranla öz aralarında uzun sərhəd divarı inşa ediblər, biz onlarla uzun müddətli siyasətlərdə də problemlər yaşayacağıq. 

Biz Rusiya ilə münasibətlərimizi daha ciddiləşdirməli, strateji və ortaq müttəfiqliyimizi gücləndirilməliyik. Şimal-Cənub tranzit yolu dünyanın siyasi tənliklərini dəyişə bilər, bilmirəm nə işdir ki, 60 kilometrlik Rəşt-Astara yolunun inşasına imkan verilmir. 
Bi daha deyirəm ki, bir çox səbəblərə görə, Ermənistan bizim üçün əhəmiyyətlidir. Azərbaycan NATO-nun yerləşə və İranın parçalanmasına start vura biləcəyi yerdir.  

Azərbaycan İrana qaytarılmayana qədər ora bizim üçün bir xərçəng xəstəliyi vəzi rolunu oynayacaq. 

Hələ bununla yanaşı İranda yaşayan azərilərə də kimlik düzəldərək onların Orta Asiya türkləri olduqlarını iddia etmək istəyirlər. 

Bizim çevrəmizdə baş verən hadisələr, o cümlədən Əfqanistan və İraqda baş verənlər İranın başını qatmaq üçün ortaya atılan məsələlərdir, bu vəziyyəti dəyişməliyik”deyə, o bildirib. 

İranlı diplomat Azərbaycanla müqayisədə Ermənistanın İran üçün üstün olduğunu deyib:

“Bir daha deyirəm Ermənistan bir çox səbəblərə görə bizim üçün Azərbaycandan daha irəlidir.  

Ermənistanın baş naziri o qədərdə münasib adam deyil, o, ermənilərin içinə nüfuz edib. Əslində ermənilər İranın müttəfiqidirlər”.

Qeyd edək ki, müsahibə İsveçin Stokholm şəhərində yaşayan və İranda şahlıq üsul-idarəsinin bərpasını istəyən media fəalı Ümid Dananın internet televiziyasında təkrar yayınlanıb. 

İrana müxalif təşkilat və şəxslərin onun İran təhlükəsizlik orqanlarına bağlı olduğunu və İrandan qıraqda yaşayan müxaliflər arasında dağınıqlıq yaratmaq üçün məmur edildiyi deyilən Ümid Dana müsahibəni yenidən yayaraq özünün şərhlərini əlavə edib.
O, Azərbaycan Respublikasının İrana birləşdirilməsi üçün "müqəddəs hücum"un vacibliyini deyir.

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar