SON XƏBƏRLƏR

İranlı həkimlər kütləvi şəkildə ölkəni tərk edir

2022.06.17, 11:35
İranlı həkimlər kütləvi şəkildə ölkəni tərk edir

Gunaz.tv

Bu barədə İranın Tibb Sistemi Təşkilatının başçısı Məhəmməd Rəiszadə mediaya verdiyi açıqlamada bildirib.

O, özəlliklə son illər ərzində həkim və tibb işçilərinin ölkədən mühacirət etməsi axınının naharahatlıq doğuran səviyyədə olduğunu deyib.

Bundan bir neçə gün öncə İran parlamentinin Səhiyyə Komissiyasının başçısı Hüseynəli Şəhriyari son iki ildə minlərlə həkim və tibb bacısının ölkəni tərk etdiyini deyib.

Bununla yanaşı İranın “Cavan” saytı İranda həkimlərin dolanışıq problemləri və əmək haqlarının aşağı olduğuna görə Türkiyə və Omana mühacirət etdiklərini yazıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar