SON XƏBƏRLƏR

İranlı nazir: “Son bir il ərzində dünyadakı qaçaq tiryəkin 90%-i İranda aşkarlanıb”

2021.11.11, 12:01
İranlı nazir: “Son bir il ərzində dünyadakı qaçaq tiryəkin 90%-i İranda aşkarlanıb”

Gunaz.tv

Əhməd Vəhidi iddia edib ki, dünyada dövriyədə olan müxtəlif növ narkotik maddələrin aşkarlanmasında İranın böyük rolu var.


“Təkcə son bir il ərzində dünyadakı qaçaq tiryəklərin 90%-i İranda aşkarlanıb. Həmçinin ötən il dünyadakı qaçaq morfinin 72%-i, heroinin isə 20%-i İranda aşkar edilib”, -deyə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.


Xatırladaq ki, cari ilin iyul ayında İran polisinin komandanı Hüseyn Əştəri mediaya açıqlamasında ötən il İranda 1010 ton müxtəlif n öv narkotik maddələrin aşkarlanmaından xəbər vermişdi.


“Məhz buna görə də hesab edirəm ki, Avropa ölkələri bizdən qədirdan olmalıdırlar”, -deyə İran İslam Respublikasının polis komandanı Hüseyn Əştəri bəyan etmişdi. 


Qeyd edək ki, İran rəsmilərinin ölkədə narkotik maddə qaçaqmalçılığına qarşı guya mübarizə apardıqları ilə bağlı iddialarına baxmayaraq, Əfqanıstandan İrana gətirilən və oradan müxtəlif yollarla Avropa ölkələrinə göndərilən narkobiznesin arxasında SEPAH terror təşkilatı durur.


Bununla da, SEPAH beynəlxalq sanksiyalar səbəbi ilə neft gəlirlərindən məhrum olan İran rejiminə milyardlarla dollar gəlir əldə edir.


Bundan başqa, SEPAH terror təşkilatı son 30 ilə yaxın bir müddətdə Ermənistanla əlbir olaraq, bu ölkənin işğalı altında Azərbaycan əraziləri vasitəsilə Gütcüstana, oradan isə Rusiyaya və Avropa ölkələrinə milyardlarla dollar dəyərində olan külli miqdarda narkotik maddənin göndərilməsində birbaşa rol oynayıb.  

وزیر کشور ایران: در سال گذشته، 90 درصد تریاک جهان در ایران کشف شده است

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar