SON XƏBƏRLƏR

Fransa İranda etirazçılara qarşı repressiyaları pisləyib

2022.11.26, 09:25
Fransa İranda etirazçılara qarşı repressiyaları pisləyib

Gunaz.tv

"İran hakimiyyəti bu ölkədə etirazçıların haqlı tələb və istəklərinə qulaq asmalıdır",-deyə, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Noyabrın 25-də çıxış edən Legendar deyib ki, Fransa Məhsa Əmininin qətlinin səbəbkarlarının məsuliyyətə cəlb edilməsi və onların cəzadan yayınmaması üçün beynəlxalq əməkdaşlığı davam etdirəcək.

Fransa rəsmisinin bu bəyanatları Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının növbədənkənar iclasının keçirilməsindən və İranda etirazçıların susdurulması zamanı insan hüquqlarının pozulması hallarının qeydə alınması və qorunması üçün faktaraşdırıcı komitənin yaradılması barədə qətnamənin təsdiqindən sonra dərc olunub. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar