SON XƏBƏRLƏR

Fransa İranda iki azlıq fəalının edam hökmünün ləğvini tələb edib

2022.09.08, 09:45
Fransa İranda iki azlıq fəalının edam hökmünün ləğvini tələb edib

Gunaz.tv

Bəyanatda Fransanın azlıqların qlobal dekriminallaşdırılmasına və azlıq hüquqlarının müdafiəsinə qəti sadiqliyi vurğulanıb.

Fransa Xarici İşlər Nazirliyi bəyanatında hər yerdə və istənilən şəraitdə ölüm hökmünün əleyhinə olduğunu vurğulayaraq, bu cəza növünü “ədalətsiz, qeyri-insani və səmərəsiz” adlandırıb və edamların həyata keçirildiyi bütün ölkələri bu cəza növünü dayandırmağa çağırıb. 

Qeyd edək ki, Urmu şəhərinin İnqilab Məhkəməsi 31 yaşlı Zəhra Sədiqi Həmədani və 24 yaşlı İlham Çubdar barəsində "homoseksuallığın təbliği ilə yer üzündə fəsad yaymaq" ittihamına görə edam hökmü çıxarıb.

Məlumatda edam hökmünün hər iki məhkuma elan olunduğu bildirilib.

Eyni cinayət işində adı olan və Urmu zindanının qadınlar bölməsində saxlanılan 52 yaşlı Süheyla Əşrəfinin də edam hökmünün elan olunacağı qeyd olunub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar