SON XƏBƏRLƏR

Fransa, yoxsa Argentina? - Bu gün finaldır

2022.12.18, 09:55
Fransa, yoxsa Argentina? - Bu gün finaldır

Gunaz.tv

Modern.az xəbər verir ki, dünya çempionatının həlledici görüşündə Argentina və Fransa yığmaları üz-üzə gələcəklər.

“Lusail” stadionunda oynanılacaq matçı polşalı Şimon Marçinyak idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. “Üçrənglilər” DÇ-1998 və DÇ-2018-də də bu titula sahib çıxıblar.

Qeyd edək ki, Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə mundialın qalibi olub.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar