SON XƏBƏRLƏR

Fransa öz vətəndaşlarının İrandakı “casusluq” iddiasını qətiyyətlə rədd edib

2022.11.17, 14:20
Fransa öz vətəndaşlarının İrandakı “casusluq” iddiasını qətiyyətlə rədd edib

Gunaz.tv

Fransa İran hökumətinin İranda hökumət əleyhinə nümayişlər zamanı həbs edilən 7 Fransa vətəndaşının “casus” olması ilə bağlı iddialarını rədd edib və İran rejiminin bu Fransa vətəndaşlarına qarşı davranışını qətiyyətlə pisləyib.

"Fransa İranın daxili işlər nazirinin bir müddət əvvəl bu ölkədə həbs edilmiş soydaşlarımız haqqında yalan ifadələrini qətiyyətlə rədd edir və bütün bu həbslərin əsassız olduğunu vurğulayır",-deyə, Fransa Xarici İşlər Nazirliyinin noyabrın 16-da Royterz xəbər agentliyinə göndərdiyi bəyanatında bildrilib.

Bəyanatda İranda saxlanılan Fransa vətəndaşlarının həyatı və sağlamlığına görə, Tehran hökumətinin məsuliyyət daşıdığı deyilir.

Fransa prezidenti Emmanuel Makron İranda Fransa vətəndaşlarının həbsinə cavab olaraq vurğulayıb ki, İslam Respublikası onun ölkəsinə qarşı daha "aqressiv" davranışa əl atıb və düşmənçilik hərəkətləri ilə regionda sabitliyi pozur.

"İran vətəndaşlarımızı girov götürməklə, həbs etməklə bizə qarşı düşmən mövqe tutub. Bu aqressiv davranışlar tamamilə qəbuledilməzdir",-deyə, Makron noyabrın 16-da G20 ölkələri başçılarının toplantısından sonra media nümayəndələri ilə görüşündə qeyd edib.

Qərb hakimiyyət orqanları və beynəlxalq insan haqları təşkilatları dəfələrlə İranı imtiyazlar əldə etmək və Qərbə təzyiq göstərmək üçün xarici ölkələrin vətəndaşlarını və ya ikili vətəndaşlığı olanları özbaşına həbs etməkdə ittiham ediblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar