SON XƏBƏRLƏR

Fransanın Həmkarlar İttifaqı İran müəllimlərinə dəstək mitinqinə çağırıblar

2022.06.03, 08:27
Fransanın Həmkarlar İttifaqı İran müəllimlərinə dəstək mitinqinə çağırıblar

Gunaz.tv

Bu, İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının toplantısının keçirilməsi ilə eyni vaxtda təsadüf edir.

Çağırışı imzalayan qurumlar iyunun 9-da Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisi qarşısında İran hökumətinin repressiyalarına etiraz əlaməti olaraq etiraz mitinqi keçirəcəklərini bildiriblər.

Onlar İranın Beynəlxalq Əmək Təşkilatının üzvü, beynəlxalq təşkilatın bir neçə müqaviləsini imzalamsına baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini qeyd ediblər.

“Biz İranda saxlanılan əmək fəallarına və müəllimlərə dəstək aksiyası təşkil edir və onların dərhal azadlığa buraxılmasını tələb edirik”-deyə, çağırışda bildirilir. 

Qeyd edək ki, bir neçə gün bundan öncə İran Mdəniyyət İşçiləri Koordinasiya Şurasının 3 min üzvü Ümumdünya Əmək Təşkilatına məktub yazıb.

Müəllimlər bu qurumun İranda məhbus müəllim və işçilərin azadlığa buraxılmaları üçün İran hökumətinə basqıları artırmağı istəyiblər.

Məktubda İran nümayəndə heyətinin son sammitdə iştirakına toxunub və başqa ölkələrin nümayəndələrinin diqqətini iranlı işçi, müəllimlər üçün yaranmış çoxsaylı problemlərə yönəldib. 

Sammitdə iştirak edən üzvlərə göndərilən məktubda həbsdə olan müəllim və işçilərin azadlığa buraxılması üçün qlobal dəstək tələb olunub.

Xatırladaq ki, Beynəlxalq Əmək Təşkilatı Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biridir. Təşkilat 1919-cu ildə Paris Sülh Konfransının müzakirələri nəticəsində yaradılıb. 

Təşkilatın baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir və hər il may-iyun aylarında konfrans keçirir.

Bu il Beynəlxalq Əmək Təşkilatının iclası mayın 26-da başlayıb və iyunun 11-dək davam edəcək.   

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar